Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 8,1 faiz artıb

2021.09.21 13:02 (UTC+04:00)

2021-ci ilin yanvar-avqust aylarında muzdu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2 milyard 494,5 milyon manat təşkil edib.

Dövlət Vergi Xidmətindən verilən məlumata əsasən, daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,1 faiz artaraq, proqnoz 232,1 milyon manat artıq icra edilib.

Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar isə ötən ilin eyni dövrü ilə müqayisədə 14,1 faiz artaraq 1 milyard 583 milyon manat təşkil edib, proqnoz 113,3 faiz icra olunub.