Gürcüstan 8 ayda Azərbaycandan 858,1 min kubmetr təbii qaz idxal edib

2021.09.20 17:55 (UTC+04:00)

Gürcüstan cari ilin yanvar-avqust aylarında Azərbaycandan 858,1 min kubmetr həcmində təbii qaz idxal edib.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən məlumat verilib.

Bildirilir ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 19,1 faiz azdır.

Məlumatda həmçinin qeyd olunur ki, Gürcüstan hesabat dövründə Azərbaycandan 148,5 min ton neft və neft yağları alıb. Bu da illik müqayisədə 0,7 faiz çoxdur.