Qeyri-neft-qaz sektorunun özəl bölməsi üzrə vergi daxilolmaları 18,7 faiz artıb

2021.09.20 17:26 (UTC+04:00)

Cari ilin 8 ayında qeyri-neft-qaz sektorunun özəl bölməsi üzrə cəmi vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 18,7 faiz artaraq 3 milyard 264 milyon manat təşkil edib.

Dövlət Vergi Xidmətindən bildirilib ki, həmin dövrdə regionlar üzrə daxilolmalar 623,8 milyon manat olmaqla, proqnoz 117,2 faiz icra edilib, ötən illə müqayisədə isə bu mənbədən daxilolmalar 5,2 faiz artıb.

Ümumilikdə, ödənilən vergilərin 73,1 faizi qeyri-neft-qaz sektorunun, 26,9 faizi isə neft-qaz sektorunun payına düşüb.