Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları üzrə proqnoza 117,7 faiz əməl edilib

2021.09.20 16:05 (UTC+04:00)

Cari ilin 8 ayında qeyri-neft-qaz sektorundan daxilolmalar 4 milyard 264 milyon manat olub, proqnoza 117,7 faiz əməl edilib.

Dövlət Vergi Xidmətindən verilən məlumata əsasən, dövlət büdcəsinə proqnozdan əlavə 639,9 milyon manat daxil olub.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 11 faiz və ya 421,8 milyon manat artıb.