Yanvar-avqust aylarında 75 min nəfərdən çox vətəndaşa elektron qaydada sosial müavinət və təqaüd təyin olunub

2021.09.20 11:15 (UTC+04:00)

Cari ilin yanvar-avqust ayları ərzində 75 min nəfərdən çox vətəndaşa elektron qaydada sosial müavinət və təqaüd təyin olunub. Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən bildirilib ki, onların 52,7 faizini kişilər, 47,3 faizini isə qadınlar təşkil edib.