Özbəkistanda sahibkarların vergi yükü yüngülləşdirilir

2021.09.20 14:00 (UTC+04:00)

Prezident Şavkat Mirziyoyevin imzaladığı sərəncama əsasən, şirkətlər üçün inzibati və vergi yükünün azaldılması nəzərdə tutulub.
Sərəncamda qeyd olunub ki, 2021-ci il oktyabr ayının 1-dən fərdi sahibkarların vergi hesabatını məcburi təqdim etmək öhdəliyi ləğv ediləcək. Bundan əlavə, bir sıra istehlak mallarının gömrük bəyannaməsi tərtib olunduğu tarixdən 12 ay müddətinə pərakəndə satışı ilə bağlı tətbiq olunan qadağa da aradan qaldırılacaq.
“Özbəkistanın regionlarında (Daşkənd rayonu istisna olunmaqla) fəaliyyət göstərən fərdi sahiblarlar üçün müəyyənləşdirilmiş sosial verginin dərəcəsi 2022-ci il yanvarın 1-dən 2023-cü il yanvarın 1-ə qədər baza hesab məbləğinin 50 faizi nisbətində 2 dəfə azaldılacaq”, - ölkə prezidenti aparatının ictimaiyyə üçün açıqlamasında bildirilib.