Vergilər Nazirliyi məktəblilər üçün Novruz gəzintisi təşkil edib

2019.03.23 12:54 (UTC+04:00)

Martın 21-də Vergilər Nazirliyinin təşkilatçılığı ilə Novruz bayramı münasibətilə valideyn himayəsindən məhrum olmuş internat məktəblərinin şagirdləri üçün "İçərişəhər" Tarix-Memarlıq Qoruğuna ekskursiya təşkil olunub. Bakının bir neçə internat məktəbinin şagirdləri İçərişəhərdə və Fəvvarələr Meydanında keçirilən bayram şənliklərində iştirak ediblər. Uşaqlar üçün nəzərdə tutulmuş əyləncə mərkəzlərinin birində nahar edən şagirdlər şən və yaddaqalan vaxt keçiriblər.

Vergilər Nazirliyi sosial məsuliyyət strategiyası çərçivəsində ictimaiyyət nümayəndələri üçün faydalı təşəbbüslərin dəstəklənməsinə daim diqqətlə yanaşır və sosial layihələrin həyata keçirilməsində fəal tərəfdaş kimi iştirak edir. Novruz şənliklərinin təşkilində məqsədlərdən biri də qayğıya daha çox ehtiyacı olan məktəblilərin cəmiyyətə inteqrasiyasına dəstək verməkdən ibarətdir.