Dünya birjalarında neft qiymətləri ucuzlaşır.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,33 dollar azalaraq 75,34 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,64 dollar ucuzlaşaraq 71,97 dollar olub.