Əsas kapitala yönəldilmiş ümumi vəsaitin 18,6 faizi tikinti sahələrinə sərf edilib

2021.09.17 15:00 (UTC+04:00)

2021-ci ilin yanvar-avqust aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 54,3 faizi sənaye, 18,6 faizi isə tikinti sahələrinə sərf edilib.

Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, sözügedən vəsaitin 15,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2 faizi peşə, elmi və texniki fəaliyyət, 1,5 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 1,3 faizi təhsil, 1,2 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 1 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 0,8 faizi informasiya və rabitə, hər birində 0,4 faiz olmaqla əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, inzibati və yardımçı xidmətlərin göstərilməsi, 0,2 faizi maliyyə və sığorta fəaliyyəti, hər birində 0,1 faiz olmaqla istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, həmçinin digər sahələrdə xidmətlərin göstərilməsi sahələrinə sərf olunub.