Azərbaycan səkkiz ayda Körfəz ölkələrindən ən çox İrana məhsul göndərib

2021.09.17 13:07 (UTC+04:00)

Yanvar-avqust aylarında Azərbaycanın ən çox məhsul ixrac etdiyi Körfəz ölkələri sırasında ilk üçlükdə İran, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanı qərarlaşıb.

Dövlət Gömrük Komitəsinin məlumatında bildirilir ki, İrana ixracın dəyəri 19,2 milyon dollar, BƏƏ-yə 8,6 milyon dollar, Səudiyyə Ərəbistanına isə 2,9 milyon dollar olub. BƏƏ və Səudiyyə Ərəbistanına ixracın dəyərində artım, İrana isə azalma müşahidə edilib.