Azərbaycan ilə Ukrayna arasında ticarət dövriyyəsi 606 milyon dollara yaxın olub

2021.09.17 10:29 (UTC+04:00)

Yanvar-avqust aylarında Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsi 606 milyon dollara yaxın olub.

Ukrayna Dövlət Statistika bildirilib ki, 8 ayda Azərbaycan bu ölkədən 293,3 milyon dollarlıq məhsul idxal edib. Ölkəmizin Ukraynaya ixrac etdiyi məhsulun dəyəri isə 312,4 milyon dollar olub.

Xatırladaq ki, Ukrayna postsovet məkanında Azərbaycanla ticarət dövriyyəsinə görə Rusiyadan sonra ikincidir.