Səkkiz ayda Azərbaycanda 20,2 milyard dollara yaxın ticarət əməliyyatları aparılıb

2021.09.16 16:44 (UTC+04:00)

Yanvar-avqust aylarında Azərbaycanda ticarət əməliyyatlarının dəyəri 20 milyard 284,8 milyon ABŞ dolları olub.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ticarət əməliyyatlarının 7 milyard 349,5 milyon dolları idxalın, 12 milyard 935,3 milyon dolları isə ixracın payına düşüb.