Azərbaycan MDB ölkələrindən ən çox Rusiyaya məhsul göndərib

2021.09.16 17:24 (UTC+04:00)

Cari ilin yanvar-avqust aylarında Azərbaycan MDB ölkələri arasında ən çox Rusiyaya məhsul ixrac edib.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, Azərbaycanın MDB ölkələri arasında ən çox məhsul ixrac etdiyi ölkələr Rusiya, Ukrayna və Belarusdur. Rusiyaya ixrac olunan məhsulların dəyəri 545 milyon ABŞ dolları, Ukraynaya 312,4 milyon dollar, Belarusa isə 129,9 milyon dollar olub.