Kolumbiya hökuməti yenilənmiş vergi islahatını qəbul edib

2021.09.16 18:02 (UTC+04:00)

Kolumbiya parlamentinin aşağı və yuxarı palatalarının qəbul etdikləri yeni vergi islahatına əsasən, koronavirus pandemiyası şəraitində vətəndaşların dəstəklənməsi üçün əlavə pul vəsaitlərinin ayrılması nəzərdə tutulur. Sənəd ölkə prezidenti İvan Duk tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək.

İslahat çərçivəsində ölkə büdcəsinə 15,4 trilyon peso (4 milyard ABŞ dolları) vəsait daxil olacağı gözlənilir. Şirkətlərdən tutulan korporativ verginin dərəcəsi hazırkı 30 faizdən 35 faizə qaldırılacaq. Bu verginin artımından əldə olunan əlavə vəsait isə koronavirus şəraitində əhalinin sosial vəziyyəti ilə bağlı dəstək proqramlarının həyata keçirilməsinə yönəldiləcək.

Hökumətin bu addımı ölkədə birmənalı qarşılanmayıb. Kolumbiyadakı həmkarlar qurumları islahat layihəsinin ictimai müzakirəsini keçirmədiyinə görə hökumətə etirazını bildirib.