Metallurgiya sənayesində 617,7 milyon manatlıq məhsul istehsal olunub

2021.09.16 14:30 (UTC+04:00)

Bu ilin yanvar-avqust aylarında metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 617,7 milyon manatlıq məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, metallurgiya sənayesi məhsullarının istehsalında 17,3 faiz, hazır metal məmulatlarının istehsalı sahəsində isə 10,3 faiz artım müşahidə olunub.

Həmçinin bu dövrdə sahə üzrə 13 min 727,4 ton qara metallardan digər konstruksiyalar istehsal edilib.