Səkkiz ayda tikinti materiallarının istehsalı 64,3 faiz artıb

2021.09.16 13:17 (UTC+04:00)

Cari ilin yanvar-avqust aylarında tikinti materiallarının istehsalı ümumi dəyəri 525,2 milyon manat olmaqla, ötən ilin müvafiq dövrü ilə müqayisədə 64,3 faiz artıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu dövr ərzində betondan yığma tikinti konstruksiyaların istehsalı 2,2 dəfə, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərin istehsalı 98,3 faiz, emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 65,9 faiz, hörmə üçün hazır beton qarışığının istehsalı 38,5 faiz, tikinti gipsinin istehsalı 31,5 faiz, tikinti əhənginin istehsalı 16,3 faiz, tikinti kərpicinin istehsalı 15,6 faiz, sementin istehsalı 1,5 faiz artıb, asfaltın istehsalı isə 20,2 faiz azalıb.