Ötən ay ölkədə 342 kiloqram gümüş istehsal edilib

2021.09.16 12:32 (UTC+04:00)

Avqust ayında mədənçıxarma sənayesində istehsal olunmuş əsas məhsul növlərindən sayılan qiymətli metal filizlərinin 342 kiloqramı gümüşün payına düşüb.

Dövlət Statistika Komitəsinin məlumatlarında bildirilir ki, bu göstərici əvvəlki ayla müqayisədə 5,6 kiloqram az olub.

Sentyabrın 1-nə olan vəziyyətə əsasən, hazır gümüş ehtiyatı 128,7 kiloqram təşkil edib.