Avqustda qiymətli metal filizləri və konsentratlarının istehsalı azalıb

2021.09.16 12:07 (UTC+04:00)

Avqust ayında mədənçıxarma sənayesinin əsas məhsul növlərindən sayılan qiymətli metal filizləri və konsentratlarının istehsalı 638,3 kiloqram olub.

Dövlət Statistika Komitəsinin məlumatlarında bildirilir ki, bu göstərici əvvəlki ayla müqayisədə 19,5 kiloqram azalma deməkdir.

Sentyabrın 1-nə olan vəziyyətə əsasən, 266,9 kiloqram hazır məhsul ehtiyatı var.