Ötən ay dəniz limanlarında 774,1 min ton yükləmə-boşaltma işləri həyata keçirilib

2021.09.15 18:05 (UTC+04:00)

Avqustda dəniz limanlarında 774,1 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib.

Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən bildirilib ki, yüklərin 739 min tonunu tranzit yükləri təşkil edib.

Keçən ay dəniz nəqliyyatı ilə daşınmış sərnişinlərin sayı 2300 nəfər olub.