“Bulud mühasibatı” biznes mühitinə daxil olur
2021.09.15 17:17 (UTC+04:00)
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən “TechFin” MMC-nin “Hesabat” onlayn mühasibat proqram təminatına (www.hesabat.az) “Startap” şəhadətnaməsi verilib.
Xüsusi bir proqram təminatı olan “Hesabat” mikro və kiçik sahibkar subyektlərinin öz mühasibat uçotunu asan şəkildə idarə etməsi üçün yaradılmış onlayn mühasibat platformasıdır.
“Techfin” MMC-nin təsisçisi və direktoru Hacıağa Hacı bildirib ki, onlayn mühasibat köhnə mühasibat proqram təminatını əvəz etməklə bərabər, bankla inteqrasiya, müştəri və təhcizatçılara avtomatik məlumatların göndərilməsi və s. kimi bir çox üstünlüklərə malikdir: “Onlayn mühasibat sadə, rahat, etibarlı, aktual və sərfəli olmalıdır ki, bizim yaratdığımız platforma bu meyarlara tam uyğundur”.