Azərbaycandan ixracın 8,2 faizi avtomobil nəqliyyatı ilə daşınıb

2021.09.15 15:23 (UTC+04:00)

Yanvar-iyul aylarında Azərbaycandan ixrac olunan məhsulların 8,2 faizi avtomobil nəqliyyatı ilə göndərilib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, ixrac edilən məhsulların 5 faizi dəmir yolu, 1,3 faizi hava, 0,6 faizi isə dəniz nəqliyyatı ilə daşınıb.