Xidmət sahəsində işləyənlərin 18,6 faizi nəqliyyat vasitələrinin təmirində çalışıb

2021.09.15 15:00 (UTC+04:00)

Avqustun 1-nə xidmət sahəsində işləyənlərin 18,6 faizi nəqliyyat vasitələrinin təmiri sahəsində çalışıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, həmçinin xidmət sahəsində işləyənlərin 4,4 faizi nəqliyyat və anbar təsərrüfatında fəaliyyət göstərib.