Həm sahibkarlıq fəaliyyəti göstərən, həm də əmlakını icarəyə verən fərdi sahibkar sadələşdirilmiş verginin ödəyicisi ola bilərmi?

2021.09.16 10:03 (UTC+04:00)

Dövlət Vergi Xidməti bildirir ki, əmlakın icarəyə verilməsindən gəlir əldə edən şəxslər bu fəaliyyətlə yanaşı, digər fəaliyyət növləri ilə məşğul olduqda digər fəaliyyətdən əldə etdiyi gəlirlərə sadələşdirilmiş vergini tətbiq etmək hüququna malikdirlər. Bu halda əmlakın icarəyə verilməsi fəaliyyət növü üzrə əldə edilən gəlirlərin və xərclərin uçotu hər bir fəaliyyət növü üzrə ayrılıqda aparılır.

Əsaslandırma: Vergi Məcəlləsinin 221.7-ci maddəsi