Yanvar-avqust aylarında nəqliyyat vasitələri ilə 124,4 milyon ton yük daşınıb

2021.09.15 12:20 (UTC+04:00)

Yanvar-avqust aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 124,4 milyon ton yük daşınıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 1,4 faiz azalıb. Yüklərin 57 faizi avtomobil, 7,8 faizi dəmir yolu, 3 faizi dəniz, 0,3 faizi hava nəqliyyatı, 31,9 faizi isə boru kəməri ilə daşınıb.