Səkkiz ayda diri çəkidə ət istehsalı 3,2 faiz artıb

2021.09.15 11:34 (UTC+04:00)

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-avqust aylarında diri çəkidə ət istehsalı 3,2 faiz artaraq 353,9 min ton, süd istehsalı isə 1,6 faiz artaraq 1 milyon 433,8 min ton təşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, həmin dövrdə yun istehsalı 0,1 faiz artaraq 15,5 min ton, barama istehsalı 10 faiz artaraq 491,3 ton, yumurta istehsalı isə 4,1 faiz azalaraq 1 milyard 269,4 milyon ədəd olub.

2020-ci ilin yanvar-avqust ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 5 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 2,6 faiz, bitkiçilik məhsulları istehsalı 7,3 faiz artıb.