2021-ci ilin 6 ayı üzrə cari əməliyyatlar hesabının profisiti 1,9 milyard dollar və ya ÜDM-in 8 faizini təşkil edib (2020-ci ilin 6 ayı üzrə 598,2 milyon dollar profisit olub).
Mərkəzi Bankdan bildirilib ki, neft-qaz sektoru üzrə cari əməliyyatlar balansı (CƏB) profisiti ötən ilin müvafiq dövrünə nəzərən 40,7 faiz artaraq 4,6 milyard dollar, qeyri-neft sektoru üzrə CƏB kəsiri isə 1,8 faiz artaraq 2,7 milyard dollar məbləğində olub.