Cari əməliyyatlar balansında 1,9 milyard dollarlıq profisit yaranıb

2021.09.14 12:42 (UTC+04:00)

Bu ilin birinci yarısında tədiyə balansı əsasən qlobal əmtəə bazarlarında qiymətlərin bərpası və qeyri-neft ixracının genişlənməsindən təsirlənib.

Mərkəzi Bankdan bildirilib ki, cari əməliyyatlar balansında 1,9 milyard dollarlıq profisit, kapital və maliyyənin hərəkəti hesabında isə 0,6 milyard dollar kəsir yaranıb, ehtiyat aktivləri 1,3 milyard dollar artıb. Bu dövrdə xam neftin orta qiyməti 58 dollar/barel olub, qeyri-neft ixracı isə 20 faiz artıb.

Cari ilin altı ayında tədiyə balansının ümumi saldosunda 1 milyard 261,3 milyon dollarlıq profisit yaranıb.