Azərbaycan məhsulları ilk dəfə “Heimtextil Russia 2021” sərgisində

2021.09.14 12:36 (UTC+04:00)

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə 2021-ci ilin 14 sentyabr tarixində Rusiyanın paytaxtı Moskvada ev tekstili, interyer parçaları və dekor materiallarının nümayiş olunduğu “Heimtextil Russia 2021” sərgisi öz işinə başlayır. Sərgidə tekstil sahəsində fəaliyyət göstərən şirkətlər öz məhsullarını təqdim etmək, həmçinin təcrübə mübadiləsi və yeni əməkdaşlığın qurulması imkanı əldə edəcəklər.

Sərgidə interyer və ev tekstili, xalçaçılıq, iplik istehsalı kimi məhsulların istehsalında fəaliyyət göstərən Azərbaycan şirkətləri “Made in Azerbaijan” vahid ölkə stendi ilə təmsil olunacaq.

Eyni zamanda, Azərbaycanın qədim sənət nümunəsi olan, incə ornamentləri və zərif naxışları özündə birləşdirən Azərbaycan xalçaları da xüsusi milli stenddə nümayiş olunacaq.

Sərgi sentyabrın 16-dək davam edəcək.