Bakı Fond Birjası (BFB) Azərbaycan kapital bazarını beynəlxalq arenada təmsil etmək, o cümlədən xarici ölkələrin qabaqcıl birjaları ilə əməkdaşlıq və təcrübə mübadiləsi imkanlarını genişləndirmək məqsədilə Dünya Birjaları Federasiyasının (World Federation of Exchanges) üzvləri və tərəfdaşları ilə (Annual Meeting Virtual) illik keçirilən onlayn görüşlərdə iştirak edib.
BFB-dən bildirilib ki, 7-ci virtual görüşdə birjalar arası bilik mübadiləsi, Federasiyaya daxil olan birjalar və tərəfdaşlar arasında müzakirələr aparılıb.
Qeyd edək ki, Bakı Fond Birjası ötən il yanvarın 15-dən etibarən Dünya Birjaları Federasiyasında tərəfdaş birja statusunu əldə edib. Bununla da Bakı Fond Birjası regionda Federasiya ilə əməkdaşlığa başlayan ilk birjadır.