Türkdilli dövlətlərin iş adamları Qarabağdakı quruculuq işlərinə qatılacaqlar

2021.09.10 15:25 (UTC+04:00)

Türkdilli dövlətlərin iş adamları Qarabağda həyata keçirilən quruculuq işlərində iştirak edəcəklər.

Bu barədə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Baş katibi Bağdad Amreyev TDƏŞ-in iqtisadiyyat nazirlərinin 10-cu iclası çərçivəsində keçirilmiş brifinqdə deyib.