Bu ilin 8 ayında Azərbaycanda ÜDM 3,6 faiz artıb

2021.09.10 12:57 (UTC+04:00)

2021-ci ilin yanvar-avqust aylarında Azərbaycanda ÜDM 3,6 faiz artıb.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələrin iqtisadiyyat nazirlərinin 10-cu görüşündə çıxışı zamanı bildirib.

Nazir qeyd edib ki, cari ilin yanvar-avqust aylarında Azərbaycan iqtisadiyyatı 3,6 faiz, qeyri-neft sektoru 5,5 faiz artıb. Bu artıma, həmçinin özəl şirkətlər tərəfindən əsas kapitala investisiya qoyuluşlarının çoxalması hesabına nail olunub. Yanvar-iyul aylarında Azərbaycanda özəl şirkətlər əsas kapitala investisiyaları 11,7 faiz artırıblar.