Bu il Azərbaycanın TDƏŞ ölkələri ilə ticarət dövriyyəsi 2,6 milyard dollar olub

2021.09.10 12:43 (UTC+04:00)

Cari ilin yanvar-iyul aylarında Azərbaycanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv dövlətlər və Macarıstanla olan ticarət dövriyyəsinin həcmi 2,6 milyard dollar olub.

Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov sentyabrın 10-da Bakıda keçirilən TDƏŞ-in iqtisadiyyat nazirlərinin 10-cu görüşündə deyib.

Nazir bildirib ki, bununla yanaşı, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yeddi ayında TDƏŞ ölkələri və Macarıstana qeyri-neft ixracı 75 faiz artıb.