KOBİA və “Ziraat Bank Azərbaycan” arasında əməkdaşlıq imkanları müzakirə edilib

2021.09.09 18:08 (UTC+04:00)

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov “Ziraat Bank Azərbaycan” ASC-nin İdarə Heyətinin yeni sədri Selçuk Demir ilə görüşüb.

KOBİA-dan bildirilib ki, görüşdə agentlik və bank arasında əməkdaşlıq üçün geniş potensialın olduğu, bu məqsədlə 2019-cu ildə tərəflər arasında əməkdaşlığa dair Niyyət Protokolunun imzalandığı vurğulanıb. Əməkdaşlıq imkanlarına dair fikir mübadiləsinin aparıldığı görüşdə KOB-lara maliyyə dəstəyinin göstərilməsi, onların ixrac əməliyyatlarının maliyyələşdirilməsi və investisiya qoyuluşuna dair məsələlər nəzərdən keçirilib.