Bugünkü valyuta hərracında tələb 61,3 milyon dollar olub

2021.09.09 15:55 (UTC+04:00)

Sentyabrın 9-da Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə valyuta hərracı keçirilib.

AMB-dən bildirilib ki, hərracda tələb 61,3 milyon ABŞ dolları olub və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.