ABŞ əhalisinin cəmi 1 faizini təşkil edən ən zənginlər hər il ümumilikdə 163 milyard dollar vergini dövlət büdcəsinə ödəmirlər. ABŞ Maliyyə Nazirliyinin açıqlamasında bildirilir ki, ödənilməmiş vergilər faktiki yığılan vergilərlə gözlənilən məbləğlər arasında fərqin yaratdığı “vergi zədəsi"nə çevrilə bilər. Hökumət belə hesab edir ki, bu cür davam edəcəyi təqdirdə qarşıdakı on il ərzində Amerika xəzinəsi 7 trilyon dollar vəsaitdən məhrum ola bilər.