Dövlət xətti ilə kirayə verilən mənzillərin sayı 978 olub

2021.09.07 18:12 (UTC+04:00)

İpoteka və Kredit Zəmanət Fondu dövlət xətti ilə zəmanət və subsidiyalar verilmiş kreditlərin məbləğini açıqlayıb.

Fonddan bildirilib ki, zəmanət və subsidiyalar verilmiş kreditin məbləği 232 milyon 518 min manatdır. Kirayəçilərin istifadəsinə 978 yaşayış sahəsi verilib.