Sahibkarlığın İnkişafı Fondu (SİF) və Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin nümayəndələri arasında birgə əməkdaşlığa dair görüş keçirilib.
Fonddan bildirilib ki, görüşdə sahibkarlıq subyektləri arasında alternativ enerjidən istifadənin təşviqi, bərpa olunan enerji sahəsində sənaye həcmli layihələr və fəal istehlakçıların dəstəklənməsi məqsədilə maliyyə mexanizmlərinin formalaşdırılması imkanları, “yaşıl enerji” layihələrinin həyata keçirilməsinə birgə dəstək göstərilməsi və digər sahələrdə əməkdaşlıq perspektivləri müzakirə edilib.
Qeyd edək ki, sahibkarlıq subyektlərinin alternativ enerji yönümlü layihələrinin dəstəklənməsi Sahibkarlığın İnkişafı Fondunun 2021-ci il üzrə güzəştli kreditlərin verilməsində prioritet istiqamətlərindən biri kimi müəyyən olunub.