Rezident müəssisə xarici şirkətdə sahib olduğu iştirak payına görə dividend əldə edir. Həmin dividend gəliri Azərbaycan Respublikasında mənfəət vergisinə cəlb olunurmu?
Rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir.
Qeyd olunanlara əsasən, rezident müəssisənin Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəliri Azərbaycanda mənfəət vergisinə cəlb olunur.