Səkkiz ayda Neft Fondu “Azəri-Çıraq-Günəşli” layihəsindən 3,4 milyard dollar qazanıb

2021.09.06 18:16 (UTC+04:00)

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində yanvar-avqust aylarında 3 milyard 488,5 milyon ABŞ dolları gəlir əldə edib.

Bu barədə ARDNF-in İctimaiyyətlə əlaqələr departamentindən bildirilib.

Qeyd edək ki, Neft Fondunun indiyədək (2001-ci ildən etibarən) AÇG layihəsi üzrə gəliri 152 milyard 893 milyon dollar olub.