Vergi məbləğləri hansı formalarda tutulur?

2021.09.09 15:32 (UTC+04:00)

Dövlət Vergi Xidməti bildirir ki, vergi məbləğləri aşağıdakı formalarda tutulur:

• Bilavasitə mənbədən (verginin gəlir və ya mənfəət əldə edilməsinədək tutulması);

• Bəyannamə üzrə (verginin gəlir və ya mənfəət əldə edilməsindən sonra tutulması);

• Bildiriş üzrə (vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi).

Əsaslandırma: Vergi Məcəlləsinin 5-ci maddəsi