Dövlət Vergi Xidməti bildirir ki, vergi ödəyicisinin hesabındakı pul vəsaiti onun sərəncamlarını və ona qarşı irəli sürülmüş bütün tələbləri yerinə yetirməyə kifayət etmədikdə əmək müqaviləsi ilə işləyən şəxslərə işdənçıxma müavinətlərinin və əməkhaqqının (işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə) ödənilməsi üçün hesabdan pul vəsaitinin məxaricini nəzərdə tutan sənədlər icra edildikdən sonra dövlət büdcəsinə və məcburi dövlət sosial sığorta haqları üzrə büdcədənkənar dövlət fonduna ödənişləri nəzərdə tutan ödəniş sənədləri üzrə hesabdan silmə əməliyyatları həyata keçirilir.
Əsaslandırma: Mülki Məcəllənin 965.2-ci maddəsi