Finlandiyada “mənfi” dərəcə ilə gəlir vergisi tətbiq ediləcək

2021.09.03 18:09 (UTC+04:00)

“Rosbalt” agentliyinin məlumatına əsasən, Finlandiya hökuməti tərəfindən “mənfi” dərəcə ilə gəlir vergisinin tətbiqi məsələsi müzakirəyə çıxarılıb.

Əhalinin iqtisadi baxımdan həssas qruplarının və sahibkarların dəstəklənməsinə yönəldilən bu təşəbbüsün müzakirəsi üçün hökumətin tərkibində maliyyə, həmçinin sosial məsələlər və səhiyyə nazirliklərinin, eləcə də vergi administrasiyasının təmsliçilərinin iştirakı ilə xüsusi işçi qrup yaradılıb.

Hökumət bu təşəbbüslə vergi çıxılmaları xəzinəyə ödənilmiş vergilərdən artıq olan şəxslərə büdcədən vəsait ödənilməsini təklif edir.

Finlandiya hökuməti ayrı-ayrı şəxslərə qaytarılacaq verginin tətbiqi ilə bağlı təlimatı 2022-ci ilin yayına qədər hazırlamaq, yeni vergi eksperimentini isə 2023-cü ilin əvvəlindən həyata keçirməyə başlamaq niyyətindədir.