Milli Depozit Mərkəzi avqustda həyata keçirdiyi kupon ödənişlərinin məbləğini açıqlayıb

2021.09.03 15:28 (UTC+04:00)

Milli Depozit Mərkəzi (MDM) bu il avqust ayında həyata keçirdiyi kupon ödənişlərinin məbləğini açıqlayıb.

MDM-dən bildirilib ki, avqustda Milli Depozit Mərkəzi tərəfindən Maliyyə Nazirliyi, BOKT “Embafinance” QSC, “Ferrum Kapital” MMC şirkətlərinin istiqrazları üzrə 50 investora 38 milyon AZN həcmində kupon ödənişləri həyata keçirilib.