Beynəlxalq Valyuta Fondunun (BVF) yeni hesabatına əsasən, Yaponiya büdcə kəsirini əhəmiyyətli şəkildə aradan qaldırmaq üçün istehlak vergisinin dərəcəsini tədricən artırıb 10 faizdən yuxarı səviyyəyə çatdırmalıdır. Fondun təmsilçisinin sözlərinə görə, hökumət "istehlak vergisinin dərəcəsini hazırkı səviyyədən 0,5 faizdən 1 faizə qədər tədricən artırmaqla bağlı əvvəlcədən müəyyənləşdirdiyi qrafikə mümkün olduğu qədər tez diqqət yönəltməli və bu verginin dərəcəsini ən azı 15 faizə qədər artırmalıdır". 2017-ci ilin aprelində Yaponiyada istehlak vergisinin dərəcəsi 10 faizə qədər artırılmalı idi. Yaponiya hökuməti bu artımı 10 faizlə məhdudlaşdırmağın, eyni zamanda daha bir vergi - aşağı dərəcəli satışdan vergi tətbiq etməyin mümkünlüyünü nəzərdən keçirsə də BVF hökuməti "verginin unitar strukturunu" saxlamağa çağırıb.