Bakı Fond Birjasının kapitalizasiyası artıb

2021.09.03 12:07 (UTC+04:00)

Bakı Fond Birjasında (BFB) 2021-ci il yanvarın 1-dən avqustun 31-dək qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 10 milyard 690 milyon 684 min 135 manat təşkil edib.

BFB-dən bildirilib ki, nəticə olaraq, ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi ticarət həcmində 49 faiz, ilkin bazar üzrə ticarət həcmində 22 faiz, dövlət qiymətli kağızlar bazarı üzrə ticarət həcmində 26 faiz, repo əməliyyatları üzrə isə 324 faiz artım qeydə alınıb. 2021-ci ilin avqust ayının son ticarət günü üzrə Bakı Fond Birjasının kapitalizasiyası ilin əvvəlinə nisbətən 11 faiz artaraq 4 milyard 313 milyon 56 min 272 manat olub.