Azərbaycanlı sahibkarlar Kazanda keçiriləcək foruma dəvət olunurlar

2021.09.03 10:20 (UTC+04:00)

Bu il sentyabrın 21-24-də Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan şəhərində Beynəlxalq “Kazan Digitial Week” forumu keçiriləcək.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən AZƏRTAC-a bildirilib ki, hibrit formatda təşkil olunacaq forum intellektual rəqəmsal texnologiyaların yaradıcıları və istifadəçiləri üçün nəzərdə tutulub.

Tədbirdə intellektual nəqliyyat sistemləri, rəqəmsal sənaye, fintek ekosistemi, kibertəhlükəsizlik, biznesə inteqrasiya edilmiş innovasiyalar, təhsil, səhiyyə və mədəniyyət sahələrində rəqəmsal texlogiyalara dair çıxışlar olunacaq, müzakirələr aparılacaq.

“Kazan Digitial Week” forumu ilə bağlı ətraflı məlumat və qeydiyyat üçün: https://kazandigitalweek.com/