Paytaxtda ümumi inşaat işlərinin 88,4 faizini qeyri-dövlət tikinti müəssisələri görüblər

2021.09.02 17:09 (UTC+04:00)

Cari ilin yanvar-iyul aylarında paytaxtın tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 66,6 faizini tikinti, yenidənqurma və genişləndirmə, 6,3 faizini əsaslı təmir, 5,7 faizini cari təmir, 21,4 faizini isə digər tikinti işləri təşkil edib.

Bakı Şəhər Statistika İdarəsindən verilən məlumata əsasən, ümumi inşaat işlərinin 88,4 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.