Bugünkü valyuta hərracında tələb 69,6 milyon dollar olub

2021.09.02 15:39 (UTC+04:00)

Sentyabrın 2-də Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə valyuta hərracı keçirilib.

AMB-dən bildirilib ki, hərracda tələb 69,6 milyon ABŞ dolları olub və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.