Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə Gədəbəy rayonunda fəaliyyət göstərən mineral su istehsalçısı olan “Mor-mor” şirkəti fəaliyyətini genişləndirir, xidmət keyfiyyətini yaxşılaşdırır.
KOBİA-dan bildirilib ki, agentlik tərəfindən sahibkarlıq subyektinə dövlətin güzəştli kreditlərinə çıxış, eləcə də məhsullarını tanıtması üçün ixtisaslaşmış sərgilərdə iştiraka dəstək göstərilib.