Prezident İlham Əliyev “Tokio-2020” Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan idmançımızı təbrik edib

2021.09.02 11:34 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Tokio-2020” Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan idmançımızı təbrik edib.

Dövlətimizin başçısı bununla bağlı tvitterdəki hesabında paylaşım edib.

Paylaşımda deyilir: “Qızıl medalçımız Vəli İsrafilovu inamlı qələbəsi münasibətilə səmimi qəlbdən təbrik edirəm!”